Sən də fəal, enerjili və komanda ruhuna sahib gənclərdən birisənsə, bu proqram tam sənin üçündür!
Könüllü olaraq:
Özünüinkişaf və liderlik bacarıqlarını inkişaf etdirəcəksən.
Komanda işi və layihə idarəetməsində təcrübə qazanacaqsan.
Maraqlı layihələrdə iştirak edərək faydalı şəbəkə quracaqsan.
Sosial fəaliyyətlərin bir parçası olacaqsan.
Yerli və beynəlxalq layihələrdə iştirak şansı əldə edəcəksən.
Proqramın fəaliyyət istiqamətləri:
Ümumi idarəetmə
Gənclərlə iş
Psixologiya
Layihələrin yazılması və idarəedilməsi
Proqramın müddəti:3 ay
Proqramı uğurla tamamlayan könüllülərə sertifikat təqdim olunacaq.
Könüllülük dövründə daha fəal iştirak edən könüllülərə hədiyyələr və xüsusi təşəkkürlər təqdim ediləcək.
Proqram tamamilə ödənişsizdir və könüllülük saatları dərs və ya işdən kənar vaxtlarda təşkil olunacaq.
Kimlər müraciət edə bilər?
14–29 yaş arası bütün gənclər
Son müraciət tarixi: 20.05.2026
İndi qoşul, imkanlarını kəşf et və gələcəyinə dəyər qat!



