Kaspiyan Təhlükəsizlik Baltaları MMC
Ödənişli təcrübə proqramı və bitdikdən sonra işlə təmin olunma imkanı
İş barəsində:
Ünvan: Babək plaza
İş qrafiki: 5 gün
İş saatı: 10:00 – 16:00
Əmək haqqı: 400 AZN
Müddət: 3 ay
Gözləntilər:
Rus və ingilis dili bilikləri (ikisindən biri) minimum B2/C1 səviyyəsində
Ali təhsil: İqtisadiyyat, Menecment və s. sahələr üzərində ali təhsil
Satınalma ilə bağlı ilkin biliklər
İlkin İncoterms biliklərinin olması
Güclü analtika və ünsiyyət bacarıqları
Prezentasiya bacarıqları
Vəzifə təlimatı:
Satınalma Sifarişlərinin (PO) hazırlanması, göndərilməsi, izlənməsi və bağlanması
Logistika prosesləri və əsas logistika terminləri (Incoterms) barədə biliklərə sahib olmalı
Büdcə uyğunluğunun izlənməsi və kənarlaşmaların qeydiyyatı
Yeni satıcıların müəyyən edilməsi, ön uyğunluq yoxlaması (due diligence) və münasibət qurulması
Bazarı araşdırmaq, potensial satıcıları müəyyən etmək; satıcı qeydiyyat anketlərini toplamaq
Qiymət, keyfiyyət, çatdırılma müddəti, ödəniş şərtləri, texniki dəstək, ekoloji uyğunluq və iş davamlılığı meyarları üzrə qiymətləndirmə matrisləri hazırlamaq, qiymətləndirmə nəticələrini rəhbərliyə dəqiq və şəffaf şəkildə təqdim etmək.
Müqavilə hazırlanmasında iştirak, danışıqlara dəstək və kommersiya şərtlərinin
Elektron məlumat bazaları ilə işləmək;
Görüşlərdə iştirak etmək və qeydlər aparmaq;
Şirkətin istifadə etdiyi proqram və sistemləri öyrənmək;
Rəhbər tərəfindən verilən digər əlaqəli tapşırıqları icra etmək;
İş proseslərində müəyyən edilmiş prosedurlara əməl etmək.
Uyğun namizədlər hr@ktib.ae ünvanına “Satınalma üzrə təcrübəçi” başlığı ilə CV – lərini göndərə bilərlər



