Gənclər və İdman Nazirliyi və Ədliyyə Nazirliyinin təşkilati dəstəyi, “Ədliyyə Könüllüləri” İctimai Birliyinin təşəbbüsü ilə 25-30 may tarixlərində Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində “Türk Dövlətləri Təşkilatı Modeli Simulyasiya Düşərgəsi 2026” layihəsi keçiriləcək.
Düşərgə çərçivəsində iştirakçılar Türk Dövlətləri Təşkilatının modeli əsasında diplomatik simulyasiyalarda iştirak edəcək, regional əməkdaşlıq, iqtisadiyyat, hüquq və təhsil mövzularında müzakirələr aparacaqlar. Eyni zamanda komitə iclasları və debatlarda iştirak etməklə qərarqəbuletmə prosesləri üzrə praktiki təcrübə qazanacaqlar.
Düşərgədə iştirak etmək istəyən namizədlərin nəzərinə:
- Düşərgənin rəsmi işgüzar dili ingilis dilidir;
- Hüquq, iqtisadiyyat, beynəlxalq münasibətlər, idarəetmə və digər əlaqəli ixtisaslar üzrə təhsil alan və ya məzun olmuş, 18-26 yaş aralığında olan gənclər müraciət edə bilərlər.



