spot_img
HomeElan və XəbərlərTürkiyənin Üsküdar Universitetində bir semestr mübadilə imkanı
spot_img

Türkiyənin Üsküdar Universitetində bir semestr mübadilə imkanı

Türkiyənin Üsküdar Universitetində bir semestr mübadilə imkanı

Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavriat səviyyəsində təhsil alan tələbələri Türkiyənin Üsküdar Universitetində 2026/2027-ci tədris ilinin payız semestrində təhsil almaq üçün müraciət edə bilərlər.

Qeyd edək ki, Üsküdar Universitetində tədris yalnız ingilis dilində aparılır. İxtisas və fənlərin siyahısına linkə daxil olmaqla baxa bilərsiniz.

Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:

AzTU-nun bakalavr (1-ci və 2-ci kurs) tələbəsi olmaq;

Ərizə forması (Application Form);

Transkript (ÜOMG minimum 75 bal);

İngilis dili biliyini təsdiq edən sənəd (minimum B2 səviyyəsi);

QEYD: Mübadilə əməkdaşlıq müqaviləsi çərçivəsində aparıldığına görə Üsküdar Universitetində 1 semestrlik təhsil haqqı istisna olmaqla, digər bütün xərclər (yol, qalmaq və gündəlik xərclər) tələbənin özü tərəfindən qarşılanacaq.

Mübadilədə iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri international@aztu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

● Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.

● İngilis dili biliyi üzrə sertifikatı olanlar və ingilis dili bölməsində təhsil alanlar birbaşa seçiləcək.

Müraciət üçün son tarix: 29.06.2026

Əlaqə: Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq)

E-mail: international@aztu.edu.az

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar