Oyun dünyanı özün yarat!
“Gamepons” və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə həyata keçirilən bu kurs, oyun inkişafı sahəsinə marağı olan gənclər üçün nəzəri və praktiki biliklər təqdim edir.
Kurs müddətində iştirakçılar:
Unreal Engine 5 platformasının əsas funksiyalarını,
oyun səhnələrinin qurulması və idarə olunmasını,
vizual scripting (Blueprint) texnikasını,
interaktiv obyektlərin yaradılmasını,
prototipləşdirmə prinsiplərini öyrənəcəklər.
Sən də oyun dünyasına ilk addımını at və öz virtual kainatını qurmağa başla!
Yerlər məhduddur.



