spot_img
HomeElan və XəbərlərBakı Zooloji Parkının könüllülük proqramına qeydiyyatı davam edir!
spot_img

Bakı Zooloji Parkının könüllülük proqramına qeydiyyatı davam edir!

Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə həyata keçirilən seçimlər zamanı müraciət edən könüllülər Bakı Zooloji Parkında könüllü fəaliyyətinə cəlb olunacaq.

Proqram çərçivəsində könüllülər Bakı Zooloji Parkına gələn xarici və yerli qonaqları qarşılamaq, istiqamətləndirmək və məlumatlandırmaq, zooloji parkda olan heyvanlara qarşı düzgün davranış qaydalarına riayət etmək və onlara nəvaziş göstərmək üçün əhalini maarifləndirmək sahəsində fəaliyyət göstərəcəklər. Bundan əlavə, könüllülər ümumilikdə vətəndaşlar arasında heyvanlara xüsusi diqqətin göstərilməsi və onların qorunmasının təbliğində mühüm rol oynayacaqlar. Nəzərinizə çatdıraq ki, könüllülük fəaliyyəti 1 ay olmaqla davam edəcək. Proqramı uğurla başa çatdıran könüllülər sertifikat ilə təltif ediləcək.

Qeydiyyat üçün son tarix: 25 oktyabr 2025-ci il

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar